“Sanderlend”in futbolçusu Cob Bellingem karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verri ki, “Latsio” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb. Paytaxt təmsilçisi Bellingem transferini qısa zamanda tamamlamaq istəyir.
19 yaşlı futbolçu ötən mövsüm 47 oyunda 7 qol vurub, 1 məhsuldar ötürmə edib. O, “Real”ın yarımmüdafiəçisi Cud Bellingemin qardaşıdır.