“Mançester Yunayted” transferi rəsmiləşdirdi

“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” “Lill”dən 18 yaşlı müdafiəçi Leni Yoronu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə 5+1 illik müqavilə imzalanıb.

“Mançester Yunayted” Yoro üçün 62 milyon avro və bonuslar ödəyəcək.

Futbolçunun adı daha əvvəl “Real”la hallanırdı.