Alvares “Mançester Siti”dən ayrılmaq istəyir

“Mançester Siti”nin futbolçusu Julian Alvares klubu tərk etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “El Chiringuito” nəşri məlumat yayıb. 24 yaşlı forvard klub rəhbərliyindən onu transferə çıxarmağı xahiş edib.

Argentinalı hücumçu ötən mövsümdə 54 oyunda 19 qol vurub, 13 məhsuldar ötürmə edib.