“Zirə”nin sabiq futbolçusu Rusiyada klubunu dəyişdi

“Zirə”nin sabiq futbolçusu Nemanya Andelkoviç karyerasına Rusiyada davam edəcək.

Futbolpress.az xəbər verir ki, serbiyalı müdafiəçi “Ximki”yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb.

Andelkoviç 2021-2023-cü illərdə “Zirə”də çıxış edib. O, 2023-cü ilin yayından “Akron”da (Rusiya) forma geyinirdi.