“Neftçi”nin sabiq baş məşqçisi: “Ronaldo buna görə təslim olmayacaq”

“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis portuqaliyalı hücumçu Kriştiano Ronaldonun oyun motivasiyasından danışıb:

“Bu, onun əsl motivasiyasıdır: oğlu ilə birgə oynamaq istəyir. Buna görə də təslim olmayacaq. Bunu “Əl Nəsr”də etmək daha asandır, nəinki “Real” səviyyəsində klubda. Düşünürəm ki, o, oğlu ilə birlikdə meydana çıxmamış karyerasını bitirməyəcək”.

Ronaldonun oğlunun 14 yaşı var.

Mutu ötən ilin yayından dekabrına kimi “Neftçi”yə rəhbərlik edib.