Xames Messinin rekordunu təkrarladı

Kolumbiya millisi Amerika Kubokunun 1/4 final mərhələsində Panamanı darmadağın edib – 5:0.

Futbolpress.az xəbər verir ki, yığmanın yarımmüdafiəçisi Xames Rodriqes görüşdə bir qol, iki məhsuldar ötürmə ilə yadda qalıb.

Xames Amerika Kubokunda artıq beş assist edib. Turnir tarixində bu saya çatan cəmi üç futbolçu var.

1997-ci ildə Denilson (Braziliya), 2004-cü ildə Aleks (Braziliya) və 2021-ci ildə Lionel Messi (Argentina) turnirdə beş və daha çox məhsuldar ötürmə ilə oynayıb.