Bayramov: “Avropa çempionatına baxırıq və deyirik ki…”

“Futbol sürətini artırır və buna uyğunlaşmaq lazımdır. Avropa çempionatına baxırıq və deyirik ki, görəsən, biz nə vaxt orada olacağıq, bu həyəcanı hiss edəcəyik…”

Bu sözləri “Şamaxı”nın qapıçısı Kamal Bayramov “FutbolPress“ə açıqlamasında söylədi. Avro-2024-lə bağlı fikirlərini bölüşən qolkiper Türkiyə yığmasının oyunlarını izlədiyini söylədi:

“Ölkəmizdə futbolu sevən insanlar çoxdur. Nə zaman ki, bizdə də hər komandanın 4-5 stadionu, uşaq futbolu olacaqsa, kənardan fikir bildirməyəcəyik. Şükür, Türkiyə yığması bizi sevindirir və onları maraqla izləyirik. Almanların çempion olacağını düşünürdüm, amma ispanlara uduzdular”.

Bayramov onu təəccübləndirən komandanı da açıqladı:

“İsveçrə yığması hər kəsi təəccübləndirə bildi. Qrupda məğlub olmadı, İtaliya kimi komandanı keçdi. Almanlarla da heç-heçə etməklə göstərdilər ki, əzmkar komandadırlar. Onların ingilislərlə ağır sınağı olacaq”.