Ekvador millisinin baş məşqçisi Feliks Sançes istefaya göndərilib.
Futbolpress.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Ekvador Amerika Kubokunun 1/4 final mərhələsində Argentinaya uduzub.
48 yaşlı ispaniyalı məşqçi 2023-cü il mart ayından Ekvador millisini çalışdırırdı.