“Liverpul”un və Braziliya yığmasının sabiq hücumçusu Roberto Firmino keşiş olub.
Futbolpress.az xəbər verir ki, bu barədə oyunçu özünün sosial şəbəkə hesabında paylaşım edib:
“Manah kilsəsinin üç ili… Necə unudulmaz bir gecə idi. Məsihlə tanışlığımızdan bəri insanların bu sevgini görməsini istəyirəm. İndi qarşıda məsuliyyətli iş var – keşiş olmaq”.
Firmino karyerası ərzində “Hoffenhaym”, “Liverpul” kimi klublarda çıxış edib. O, hazırda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli”də forma geyinir. Hücumçu Braziliya yığmasında 55 oyunda 17 qol vurub.