Sabiq “Fənərbağça”lı 43 yaşında klub dəyişdi

“Fənərbağça”nın və İspaniya millisinin sabiq futbolçusu Dani Quizanın yeni klubu məlum olub.

Futbolpress.az xəbər verir ki, 43 yaşlı forvard “Rotena” ilə müqavilə imzalayıb. Bu barədə 3-cü liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Quiza karyerası ərzində “Xeres”, “Xetafe”, “Malyorka”, “Fənərbağça”, “Kadis” kimi komandalarda top qovub.