Rumıniya millisinin baş məşqçisi Eduard Yordenesku Avro-2024-ün 1/8 finalında bu gün Niderlanda qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis oyunun favoritini “narıncılar” olduğunu deyib:
“Tarix yazmaq üçün hər şeyi verməyə hazırıq. Bütün görüşlər çətindir. Hamı 1/4 finalda olmaq istəyir. Favorit Niderlanddır. Onların inanılmaz oyunçuları var. Amma biz də zəif deyilik”.
Rumıniya – Niderland oyunu saat 20:00-da start götürəcək.