Dortmund “Borussiya”sından ayrılan Marko Roys Türkiyə klublarının diqqət mərkəzinə düşüb.
Futbolpress.az xəbər verir ki, “Qalatasaray” və “Trabzonspor” alman hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Bild” nəşri məlumat yayıb. Xəbərdə klubların 35 yaşlı futbolçu ilə danışıqlara başladığı bildirilib.
Roysun adı daha əvvəl ABŞ-nin “Los Anceles Qalaksi” klubu ilə hallanırdı.
Alman futbolçu 2012-2024-cü illərdə “Borussiya”da forma geyinib. O, 429 matçda 170 qol vurub, 131 məhsuldar ötürmə müəllifi olub.