Serbiya Futbol Assosiasiyasının vitse prezidenti Branislav Nedimoviç və icraçı direktor Yovan Şurbatoviç istefa verib.
Futbolpress.az xəbər verir ki, buna səbəb yığmanın Avro-2024-dəki uğursuz çıxışı olub.
Serbiya millisi C qrupunda İngiltərə, Danimarka və Sloveniya ilə mübarizə aparıb. Draqan Stoykoviçin rəhbərlik etdiyi kollektiv 2 xalla qrup sonuncusu olub.