De Bruyne Fabreqası qabaqladı

“Mançester Siti” İngiltərə Premyer Liqasının 34-cu turunun təxirə salınmış matçında “Tottenhem”i 2:0 hesabı ilə məğlub edib.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər”in yarımmüdafiəçisi Kevin De Bruyne son oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu, belçikalının Premyer Liqada 112-ci qol ötürməsi olub. O, “Arsenal”ın və “Çelsi”nin keçmiş oyunçusu Sesk Fabreqası (111) qabaqlamağı bacarıb.

Premyer Liqada ən çox məhsuldar ötürmə futbolçu “Mançester Yunayted”in sabiq üzvü Rayan Giqqzdir (166 qol ötürməsi).