49 oyun və rekord

“Bayer” Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Roma” ilə heç-heçə edib – 2:2.

Futbolpress.az xəbər verir ki, Leverkuzen təmsilçisi bu mövsüm 49 oyundur, uduzmur. Bu, Avropa rekordudur.

Bundan əvvəlki rekord “Benfika”ya məxsus idi. Portuqaliya təmsilçisi 1963-1965-ci illərdə ardıcıll 48 oyunda məğlub olmayıb.