“Bayer” 22 il sonra final oynayacaq

“Bayer” Avropa Liqasında finala yüksəlib.

Futbolpress.az xəbər verir ki, Leverkuzen təmsilçisi 2002-ci ildən sonra birinci dəfə avrokuboklarda final oynayacaq. Almaniya klubunun rəqibi İtaliya təmsilçisi “Atalanta” olacaq.

“Bayer” sonuncu dəfə 2002-ci ildə avrokuboklarda final oynayıb. Komanda Çempionlar Liqasında həlledici oyunda “Real”a uduzub – 1:2.