')

Bu gün:


FutbolPress.Az | "Xəzər Lənkəran"ı gözləyən növbəti təhlükə haqda bir daha (QEYD)

"Xəzər Lənkəran"ı gözləyən növbəti təhlükə haqda bir daha (QEYD)


oxunma sayı: 568 Paylaş:

FutbolPressSentyabrın 8-də "FutbolPress“ "Xəzər Lənkəran”ın yenə  6 xalı silinə bilər" sərlövhəli məqalə çıxmışdı.  Həmin yazıdakı mülahizələr özünü doğrultmaqdadır. 

FIFA-nın bolqarıstanlı futbolçu Qalin İvanova görə “Xəzər Lənkəran”ı 200 min dollar cərimələndiyi barədə xəbərlərlə artıq tanışsınız.  “Qafqazinfo”nun ali futbol qurumuna göndərdiyi sorğu məktubuna da cavab gəlib: “Həqiqətən FIFA bolqarıstanlı yarımmüdafiəçi Qalin İvanova görə “Xəzər Lənkəran”ı cəzalandırıb. Azərbaycan klubu buna görə futbolçuya 215 min dollar pul ödəməlidi. Lakin bu son deyil. Onlar bizim qərarımızdan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edə bilərlər”.

Bildirək ki,  “Xəzər Lənkəran” CAS-a şikayət etmək üçün 57 min dollar pul ödəməlidi. Əgər cənublular apellyasiya məhkəməsinə şikayət etməyəcəksə, sentyabr ayının sonuna qədər İvanova olan borcunu verməlidir. Əks halda klubu daha böyük sanksiyalar gözləyir.

O sanksiyalar isə komandanın TPL-dəki hesabından 6 xalın silinməsi haqda AFFA-ya göstəriş mətubu gələ bilər. CAS-a şikayətçün məbləğin ödənilməsi ehtimalı çox zəifdir. Buna iki səbəb var:
1. Klubun bununçün maliyyə ayıracağı hazırkı yaxşı olmayan maliyyə vəziyyətində gözlənilən deyil.
2. Şikayət qəbul olunsa belə, futbolçunun lehinə qrarın yenidən veriləcəyi ehtimalı çox yüksəkdir. 

Bu halı klubda nə qədər ciddi araşdırıb-araşdımadıqları məlum deyil. Hələ ki, kub düşərgəsindən bu istiqamətdə olan məlumatları təkzib etməklə, yaxud müxtəlif yalanlar uydurmaqla mövzudan yayınma cəhdləri müşahidə olunur. 

Bilinənsə odur ki, bu gedişlə klub ya həddən artıq böyük xərcə düşəcək, ya hesabından xal silinəcək, ya da...

Ya da bu problemlərdən çıxış yolları da var. Ancaq  hər şey klub rəhbərliyinin, idarəetmədə olanların bu proseslərdən nə qədər baş açmasından, anlayışlı olmasından asılıdır. 

"FutbolPress"


oxunma sayı: 568 | Paylaş:




?>