')

Bu gün:


FutbolPress.Az | "Neftçi" məşqçisi danışmaqdan boyun qaçırdı (SİTAT)

"Neftçi" məşqçisi danışmaqdan boyun qaçırdı (SİTAT)


oxunma sayı: 569 Paylaş:

"Mənə bir uşaq yetişdirməkçün 4 il verin. Onu elə böyüdərəm ki, bu 4 ildə öyrəndiklərini heç vaxt unutmaz" (V. İ. Lenin)


III Qəbələ Kuboku davam eləyir. Sonuncu olmamaq uğrunda matçda "Lokomotiv"lə "Neftçi" üz-üzə gəldi. "Dəmiryolçular"ın 1:0 üstün olduğu matçdan sonra məşqçilərin, eləcə də "Flaqman"ın azyaşlılarının məşqçisi Ramin Həbibovun adəti üzrə açıqlama verəcəyi gözlənilirdi - ancaq Həbibov bundan boyun qaçırdı.

Qəbələdəki əməkdaşımızın da aralarında olduğu bir qrup jurnalist Həbibovdan bunun səbəbini soruşub. Cavabsa belə olub: "Mən daha danışmayacam. Nə danışıramsa tərsinə yazırsız". 

Çox güman ki, Həbibovun mediaya danışmağına rəhbərlik səviyyəsində veto qoyulub. Çünki srağagünkü məğlubiyyətlərdən sonra Həbibov,  Qəbələ Kubokundan başqa heç bir turnirdə iştirak etməmələrini, məhz bu səbəbdən bu cür turnirlərdə tərübəsiz olduqlarını bildirmişdi. Mütəxəssis onu da qeyd eləmişdi ki, belə yarışlarda daha çox iştirak eləməkçün rəhbərliyin qarşısında məsələ qaldıracaq.

Uşaq futboluna verdikləri önəmdən həmişə bəh-bəhlə danışan "Ağ-qaralar"ın rəhbərliyiysə çox yəqin ki, bu açıqlamanı bəyənməyib. O bir qırağa, axı bu uşaqlar o qədər qabiliyyətsiz deyillər ki, heç olmasa 5 oyunda bir bərabərlik əldə eləyə bilməsin?

Ümumiyyətlə uşaq futbolundakı uğursuzluğun (bu ümumiləşdirmə təkcə "Neftçi"yə yox, bir çox klubumuza aiddi) səbəbini öyrənməkçün bu müsahibəni oxumaqda fayda var. Hansı ki, bu səviyyədəki çıxışlar 3-5 il sonra əsas komandadakı biabırçılıqların təməlini qoyur. 



oxunma sayı: 569 | Paylaş:




?>