')

Bu gün:


FutbolPress.Az | "Azərbaycanda məşqçilər futbol öyrətmək əvəzinə.."  (MÜSAHİBƏ)

"Azərbaycanda məşqçilər futbol öyrətmək əvəzinə.." (MÜSAHİBƏ)


oxunma sayı: 2724 Paylaş:

FutbolPress"Fənərbağça"nın U-15 komandasında forma geyən həmyerlimiz Amin Seyidov "Qəbələ" - "Fənərbağça" matçının ikinci hissəsində oyuna daxil oldu. Qarşılaşmadan sonra gənc futbolçuyla söhbətləşdik. Söhbət  əsnasında, atası və atasının dostu yaxınlaşdı. Valideynlər azyaşlılara göstərilən diqqətdən narazıdılar.  


F: “Fənərbağça”ya necə  getdin?

A: Keçən ilin avqustunda seçim turu oldu.Qeydiyyatdan keçdim, sonra seçim turunda iştirak elədim və məni  bəyənib  komandaya götürdülər



F: Əvvəl harda oynayırdın?

A: “Bakı”da


F: “Bakı”nın yetirməsisən?

A: Yox, futbola “Neftçi”də başlamışam. Ancaq orda oyun şansım az olurdu, buna görə də “Bakı”ya üz tutdum. Sonra orda da eyni problemləri yaşadım.

Aminin atası (Şakir Seyidov) da stadiondaydı. Söhbət elədiyimizi görüb yaxınlaşdı, fikirlərini bölüşmək istədiyini dedi.

Ş. S: Bu uşağın istedadı olmasaydı, dalınca düşməzdim. Həm həvəsi çoxdu, həm də bacarığı var. Ancaq təəssüf ki, Azərbaycanda məşqçilər bu uşağa futbol öyrətmək əvəzinə, başları intriqalara qarışmışdı. Uşağı oynatmırdılar. Hər dəfə də gəlirdim, soruşurdum, min dənə bəhanə tapıb deyirdilər.  Ancaq indi mən soruşuram, bu uşaq problemlidisə necə oldu ki, “Fənərbağça”ya seçildi?

Sonra Şakir Seyidovun dostu olduğunu bildirən bir nəfər söhbətimizə qoşuldu: “Mən də gəlmişəm ki, dostumun oğlunun oyununa baxım. Baxıram ki, maraqlanırsız, mənim oğlum da “Bakı”da oynayırdı,  ancaq uşaq həmişə məşqlərdən narazılıq eləyirdi. Sonra onu “İnter”ə apardım. İndi hər şeydən razıdı. Deyir ki, məşqlər qaydasındadı, kollektivdə nizam-intizam var."

F: Oğlunuza görə İstanbula gedib-gəlirsiz. Orda daha bir azərbaycanlı uşaq vardı – Mirkamil Haşımzadə. Ondan nə xəbər?

Ş.S: Əlbəttə, özünü də tanıyıram, atasını da. Mirkamil “Fənərbağça”nın 19 yaşlılarında oynayır. Onun da atası bizim kimi federasiyadan narazıdı. Deyir ki, “Neçə dəfə haqqında xəbərlər çıxdı, qəzetlərə, saytlara müsahibələr verdi, ancaq hələ də oğlumla maraqlanmayıblar. Özümüz neçə dəfəmüraciət eləmişik, hələ də biganədilər”. Mən özüm də narazıyam. Götürək yığmanın aşağı yaş qruplarını; Almaniyadan,  Türkiyədən, Dağıstandan oyunçu gətirirlər, ancaq bizim uşaqlara baxan olmur. Əgər bu vəziyyət düzəldilməsə, oğlumun Azərbaycana qayıtmağına, burda futbol oynamağına icazə verməyəcəyəm. 


Söhbətləşdi: Elçin CƏLİLOV


oxunma sayı: 2724 | Paylaş:




?>