')

Bu gün:


FutbolPress.Az | Gözlənilən oldu... (QEYD)

Gözlənilən oldu... (QEYD)


oxunma sayı: 685 Paylaş:

FutbolPressBakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatını “CBC-Sport” kanalı çəkəcək. Bu haqda "futbolxeber.az"a kanaldan məlumat verilib. Bildirilib ki,  razılığa əsasən, “Eurosport” kanalı Avropa çempionatının 18 qarşılaşmasını yayımlayacaq. Bura Azərbaycan millisinin qrupda keçirəcəyi 2 qarşılaşma da daxildir.

Ümumilikdə isə “CBC-Sport” 31 qarşılaşmanın hamısını yayımlayacaq. Bəzi görüşlər canlı deyil, videoyazı şəklində tamaşaçılara təqdim olunacaq.

Azərbaycanda komanda idman növləri üzrə baş tutan yarışın çəkilişini (və yayımını) ilk dəfə yerli kanal edəcək. 2012-ci ildə qızlar arasında dünya çempionatını Rusiya kanalı çəkmişdi. 

Mövzu ətrafında fevralın 16-da belə bir məqalə yazmışdıq.

Azərbaycan prezidenti İlham Əliyevin sözügedən yarış barədə sərəncamından bir bəndi diqqətə gətirib, müəyyən fikirləri açıqlamışdıq. Yazıda yarışın yayımının AzTV-yə həvalə edilməsi, gözlənilən kimi, "CBC Sport"da yox, yekun nəticədə "İdman Azərbaycan"da yayımlanacağı qeyd olunmuşdu. Ancaq bu, sırf sərəncamdakı bu məqama əsaslanaraq bildirilmişdi: Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti çempionatın final mərhələsinin keçirilməsi üçün tələb olunan telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin yüksək səviyyədə təşkili üçün zəruri tədbirlər görsünlər.

Bəli, əslində telekommunikasiya və informasiya xidmətləri predmet olaraq həmin məqalədə bəhs elədiyimiz mövzudan ayrı məsələdir. Ancaq ehtimalımız bu idi ki, telekommunikasiya xidmətini AzTV təmin edəcəksə, yayımın "CBC Sport"da edilməsinə maksimum mane olmağa çalışılacaq. Səbələr isə həmin yazıda müəyyən qədər göstərilmişdi. Ancaq sonradan bu məsələni də izah edən məqalə hazırlamışdıq. İş bundadır ki, ölkə ərazisində bu xidməti göstərmək imkanı tam şəkildə yalnız AzTV-dədir. Belə...

Qısası, artıq nəticə məlumdur. Müqavilə bağlanıb və ən əsası, tamaşaçılar yarışı HD keyfiyyətdə yayımlanan "CBC Sport"da izləyə biləcək. Artıq "İdman Azərbaycan"la "CBC Sport" arasındakı rəqabətin hansı müstəvidə davam etdiyini yenidən izləmək, yeni predmetləri (varsa) müəyyən eləmək lazımdır. Yoxsa hələ ki yeni yaradılan kanal ən mühüm yarışların yayımını almaqda aşkar üstünlüyə sahibdir.

Samir



oxunma sayı: 685 | Paylaş:




?>