')

Bu gün:


FutbolPress.Az | “CBC Sport”un "vurulması"? (YAZI)

“CBC Sport”un "vurulması"? (YAZI)


oxunma sayı: 1131 Paylaş:

FutbolPressVə ya Rövnəq Abdullayev - Arif Alışanov mübarizəsi

Azərbaycan prezidenti İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsinin təmin edilməsi haqqında sərəncam imzalayıb (Təfsilatla  burdan tanış ola bilərsiz).

Sərəncamın 5-ci bəndi:

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti çempionatın final mərhələsinin keçirilməsi üçün tələb olunan telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin yüksək səviyyədə təşkili üçün zəruri tədbirlər görsünlər.

***               ***               ***

Və təbii ki, xidmət məsələsində çempionatın yayımı da nəzərdə tutulur. Həm də “İdman Azərbaycan”da.  Anlaşılandır ki, AzTV telekommunikasiya xidmətlərini göstərib, yayımın digər idman kanalı – “CBC Sport”da yayımlanmasına qəti razı olmaz. Təkcə ona görə yox ki, onlar rəqabətdədir. Ona görə ki, bu kanallar arasında kulis tipli ədavət var. Ümumiyyətlə, “CBC Sport” məhz “İdman Azərbaycan”ın, necə deyərlər, acığına yaradılmış kanaldır.


Bildirək ki, ötən ilin oktyabrında fəaliyyətə başlamış “CBC Sport” AFFA-nın nəzarətində, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ/SOCAR) maliyyə dəstəyilə fəaliyyətdədir. Dolayısıyla, kanalın yaradılmasına bu qurumların prezidenti Rövnəq Abdullayev göstəriş vermişdi.

Səbəb?

AFFA ilə “İdman Azərbaycan” (Oxu: AzTV) arasında ölkə çempionatının yayımı məsələsindən tutmuş, bir neçə digər detallarda narazılıqlar aranmışdı və bəzi məqamlarda bunlar kritik hal almışdı. Belədə, ümumiyyətlə, yeni kanalın yaradılması təşəbbüsü ortaya çıxır və Abdullayev bunu dəstəkləyir.

Bu, həm də Abdullayevlə AzTV-nin rəhbəri Arif Alışanov arasında münasibətlərin pozulmasından əmələ gəlmiş bir iş idi.

“CBC Sport” yaradılandan  ölkə ictimaiyyətində səs-küy salmaq və sanki AzTV-yə - “İdman kanalı belə olar” məsələsini sübut eləməyə çalışır. . Azərbaycanda ilk dəfə HD yayıma da məhz bu kanalın başlaması bu cəhdlərin populistlik dərəcəsini göstərmişdi. Bir sözlə, "CBC Sport" üstün kanal olduğunu göstərməkçün kifayət qədər xərcə düşüb və düşməyə də hazırdır.

Hər halda, rəqabət fəlsəfəsində gözəgəlimliklər, axsaqlıqlarla birlikdə, ən azı, bu industriyaya bir canlanmanın gəldiyi məlumdur.

Mövzumuz təbii ki, bu deyil.

Sərəncamda Avropa çempionatının yayımının AzTV-yə həvalə edilməsi, güman ki, Arif Alışanovun cəhdlərinin nəticəsidir.

Əksəri gözləyirdi ki, ən populyar yarışları, xüsusən, ölkə üçün əhəmiyyətli təşkilatları yayımlamağa kifayət qədər pul və cəhd xərcləyən “CBC Sport” AÇ-nin yayımını da alacaqdı. Ancaq...

Elçin Cəlilov



oxunma sayı: 1131 | Paylaş:




?>