')

Bu gün:


FutbolPress.Az | Tofiq Fətullayevə nə oldu? 

Tofiq Fətullayevə nə oldu? 


oxunma sayı: 286 Paylaş:

FutbolPressAFFA İntizam Komitəsi bu gün ən dəbdə olan quruma çevrilib. Məsələ ondadı ki, hakimə kəllə atdığı üçün “Bakı”nın futbolçusu Ettoya 10 oyun və  10 min, azarkeşi təhqir elədiyi üçün Araz Abdullayevə ("Neftçi") 3 oyun, kluba pul cəriməsi və s. irimiqyaslı cərimə hökmləri çıxarıblar.

Ən maraqlısı isə “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov üçün çıxarılan qərardır (Burdan oxuyun).

Süleymanovun çox möhkəm əsəbləşdiyi açıqlamalarında hiss olunur. “Neftçi” tərəfi düşünür ki, bu, AFFA-da kiminsə (adı lazım deyil; açıqlamırlar) kluba və şəxsən Süleymanovun şəxsinə qarşı aşkar qərəzidir. Buna görə də vitse odpüskürən açıqlamalar verib.

Məsələyə kənardan baxışımızıdan aşkara çıxardığımız budur ki, "Neftçi" ilə AFFA-da hansısa məmur arasında əməlli-başlı "müharibə" başlayıb... Hələ hər iki tərəf aydın olmadığına görə biz daha çox başqa tərəfin mövqeyini ortaya çıxarıb öyrənməyə çalışdıq.

“FutbolPress” isə qərara aldı ki, İK-nın sədri Tofiq Fətullayevlə bu barədə danışsın. Məsələ xeyli miqdarda şişdiyinə görə Fətullayevin danışmasında məntiq görünürdü.

Ancaq zəng vurduq, salamlaşdıq və özümüzü təqdim edəndə hər şey dibdən qırıldı, bitdi, söndü…

- Alo..
- Kimdi?
- Tofiq müəllim, salam
- Həə..? Kimdi?
- Tofiq müəllimdir danışan?
- …
- Tofiq müəllim, sizi futbolpress.az saytından narahat edirik, İntizam Komitəsinin son qərar…
- Düüd düüd..

Tofiq müəllimə nə oldu?


oxunma sayı: 286 | Paylaş:




?>