')

Bu gün:


FutbolPress.Az | Tahir Süleymanova qarşı sanksiya ağırlaşa bilər

Tahir Süleymanova qarşı sanksiya ağırlaşa bilər


oxunma sayı: 301 Paylaş:

FutbolPressBu gün AFFA İntizam Komitəsinin hər tursonrası qayda pozuntularına ənənəvi hüquqi qiymətləri açıqlanıb. Komitə bu dəfə xeyli cəzalar kəsib, onlardan biri budur:

 “Neftçi”nin  klubunun vitse-prezidenti Tahir Süleymanovun cəzası başa çatsa da, ona verilmiş cərimə ödənilmədiyi üçün adıçəkilən şəxsə verilmiş stadiona giriş qadağası hələ də davam edir. Lakin Tahir Süleymanov  Premyer Liqanın 31-ci turunun “Neftçi” – “Sumqayıt” matçında iştirak edib. Oyunun AFFA nümayəndəsinin oyundan öncə ona stadionu tərk etməsini bildirsə də, o, bunu rədd edib və oyunu izləməyə davam edib. Bu səbəbdən də, “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanova verilmiş cərimə ödənilməyənədək onun klubun iştirakı ilə keçirilən Topaz Premyer Liqası və ölkə kuboku matçlarında stadiona girişinə qadağa sanksiyası davam edir. Əgər adıçəkilən şəxs tərəfindən verilmiş qərar yenidən pozularsa, ona qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək


oxunma sayı: 301 | Paylaş:




?>