Zubir: “Qarabağ”la Çempionlar Liqasında oynamaq istərdim”

“Qarabağ”ın futbolçusu Abdullah Zubir açıqlama verib.

Futbolpress.az xəbər verir ki, Fransanın “Lequipe” nəşrinə danışan yarımmüdafiəçi Bakıdakı həyatından söz açıb:

“Azərbaycanda futbol sevilir. Bir çox insan məni küçəndə görəndə saxlayır. Hansısa narahatlıq hiss etmirəm. Dəniz sahili ərazidə yaşayıram və burda çoxlu restoranlar var. Həyat Fransadakı kimi yaxşıdır. Dinclik və təhlükəsizlik baxımından əladır”.

Zubir “Qarabağ” klubu haqda bunları deyib:

“Bura gələndə xüsusi kluba imza atdığını bilirsən. Məşqçimiz komandanın, Qarabağın tarixini izah edib. Bilirik ki, müharibə səbəbindən klub Bakıya köçürülüb”.

Fransalı oyunçu “Qarabağ”ın avrokuboklardakı oyunlarına toxunub:

“Arsenal”, “Bayer”, “Tottenhem”, “Vilyarreal” kimi klublara qarşı oynamışam. Lakin Çempionlar Liqasında heç vaxt olmamışam. İki dəfə pley-off mərhələsində dayanmışıq. “Qarabağ”la Çempionlar Liqasında oynamaq istərdim”.