“Real Sosyedad”ın ispaniyalı futbolçusu Martin Zubimendi klubdan ayrılmaq istəyir.
Futbolpress.az xəbər verir ki, Zubimendi Mikel Merinonun “Arsenal”a keçidindən sonra “Sosyedad”da qalmaq istəmir. 25 yaşlı yarımmüdafiəçini “Liverpul”, “Arsenal” və “Mançester Siti” kimi İngiltərə nəhəngləri diqqətdə saxlayır. İspaniya təmsilçisi Zubimendinin sərbəstqalma dəyərini 60 milyon avro təyin edib.
Qeyd edək ki, ispaniyalı futbolçunun klubla sözləşməsi 2027-ci ilin yayına qədərdir.