“Qalatasaray”ın futbolçusu Hakim Ziyeş klubu və baş məşqçisi Okan Buruk haqqında fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi həm klubunu, həm də baş məşqçisini tənqid edib.
“Mənim üçün “Qalatasaray”da hər şey bitdi. Yanvarda gedəcəyimi dedim. Artıq məndən heç nə tələb etmirlər, istədiyimi edirəm. Okan Buruk kimi pis məşqçi görməmişəm. “Qalatasaray” çempion ola bilərmi? Bu, vecimə deyil… Mən tək qalmaq istəyirəm. Gəldiyimə artıq peşmanam. Mövsümün əvvəlində getməli idim, amma istəmədilər. Yanvarda gedirəm”.
Qeyd edək ki, mərakeşli futbolçunun İstanbul təmsilçisiylə müqaviləsi 2025-ci ilin yayına qədərdir.