Zirvələr onundur

Azərbaycan Premyer Liqasında 28 tur geridə qalıb.

Futbolpress.az-ın məlumatına görə, çempionatın ən məhsuldar oyunçuları “Qarabağ”dan Nəriman Axundzadə və Leandro Andradedir. “Atlılar”ın hər iki üzvünün aktivində 8 assist var. Nəriman bunu 23, Leandro isə 28 oyunda bacarıb.

3-cü və 4-cü sırada da “Qarabağ”ın oyunçuları qərarlaşıb. Cinah oyunçuları Toral Bayramov (7) və Elvin Cəfərquliyev (6) müvafiq olaraq 3-cü və 4-cü sıranı tutur.

Premyer Liqada şəriksiz lider olan “Qarabağ”da məhsuldar ötürmə sayında zirvəyə ortaq olan Leandro Andrade eyni zamanda çempionatda bombardirdi. Kabo-verdeli yarımmüdafiəçi 11 qolla birinci pillədə qərarlaşıb. Onu 10 qolla Davit Volkov (“Zirə”) və Cesse Sekidika (“Sabah”) izləyir.

Şahin Cəfərov