“Zirə”nin “Şerif”lə cavab oyununun hakimləri bilindi

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Zirə”nin Moldova klubu “Şerif”lə keçirəcəyi ev oyununa təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, matçı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Bulat Sariyev olacaq. Ona yan xətt hakimləri Denis Labaşov və Yuri Tixonyuk kömək edəcələr. Dördüncü hakim funksiyasını Aidin Tassibayev yerinə yetirəcək.

“Zirə” ilk oyunu iyulun 11-də səfərdə, cavab görüşünü isə 18-də Bakıda keçirəcək.