“Zirə” Avropa Liqasının I təsnifat mərhələsində “Şerif” ilə qarşılaşacaq. Komandalar arasındakı ilk oyun iyulun 11-də Moldovada, cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.
“Zirə”nin əvəzedici komandasının baş məşqçisi Zaur Həşimov “FutbolPress“ə açıqlamasında “qartallar”ın şanslarını dəyərləndirdi:
“Şerif”in Moldovada hegemonluğu var. Son illərə baxsaq, sadəcə axırıncı mövsümdə çempion ola bilmədiklərini görərik. Yadınızdadır, bir vaxt Çempionlar Liqasında da oynadılar. Kifayət qədər ciddi komandadır.
Bunlara baxmayaraq, düşünürəm ki, “Şerif” gücümüzə görə rəqibdir. “Zirə” son mövsümü yaxşı keçirib və çempionatın az qol buraxan komandası oldu. Komplektləşmiş heyət var və Davit Volkov, Junior Martins kimi transferlər də oldu. Fikrimcə, daha bir neçə transferə ehtiyac var. “Zirə”nin “Şerif”i keçəcəyinə inanıram”.