“Zirə” iyulun 18-də Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununa çıxacaq. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv “Liv Bonadea Arena”da Moldova “Şerif”ini qəbul edəcək.
Azərbaycan təmsilçisi Tiraspolda baş tutan ilk matçda minimal hesablı qələbə qazanıb və üstünlük əldə edib. Azərbaycan yığmasının məşqçisi Arif Əsədov “FutbolPress“ə açıqlamasında oyundan gözləntilərini bölüşdü:
“Zirə”nin səfərdə göstərdiyi oyun xoş təəssürat başladı. İlk matç kəşfiyyar xarakterli idi. Komanda düzgün oynadı və üç xalı əldə etdi. Hətta, bir xal da olsaydı, “Zirə”yə sərf edərdi. Qazanılan üç xal cavab oyunu öncəsi üstünlükdür. “Zirə”nin yaxşı şansları var. Düşünürəm ki, komanda yenə motivasiyalı olsa və rəqibi boş qoymasa, mərhələ keçəcək. Bu baxımdan “Zirə”nin şanslarını yüksək dəyərləndirirəm”.
“Zirə” – “Şerif” oyunu saat 20:00-da start götürəcək.
Şahin Cəfərov