“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi “Qaradağ Lökbatan”dan Murad Qayalını transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı müdafiəçi daha əvvəl “Zirə”, “Səbail”, “Keşlə” (indiki “Şamaxı”) kimi klublarda forma geyinib.