“Zirə”nin rəqibindən yeni transfer

“Zirə”nin Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi “Osiyek” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Xorvatiya təmsilçisi İsveçin “Varnamo” klubundan Emin Hasiçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.

“Zirə” ilk oyunda “Osiyek”lə heç-heçə edib (1:1). Cavab görüşü avqustun 15-də Bakıda keçiriləcək.