“Zirə”nin rəqibi yoxlama oyunu keçirdi

“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Şerif” yoxlama oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, Moldova təmsilçisi yerli “Petrokub”la qarşılaşıb. Matç bərabərliklə başa çatıb – 1:1.

“Şerif” “Zirə” ilə ilk oyunu iyulun 11-də Moldovada keçirəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.