“Zirə”nin rəqibi sabiq “Qəbələ”lini transfer etdi

“Qəbələ”dən ayrılan Əyyub Allaş karyerasını Moldovada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Şerif”ə transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Allaşla müqavilənin detalları açıqlanmayıb.

“Şerif” Avropa Liqasının I təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq. İlk oyun iyulun 11-də Moldovada olacaq. Cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.