“Zirə” klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan “Şerif” (Moldova) braziliyalı legioneri Rikardinyo ilə vidalaşıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Tiraspol təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 34 yaşlı futbolçunun müddəti bitən sözləşməsi uzadılmayıb.
Rikardinyo ötən mövsümdə Moldova çempionatında 12 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə edib.
“Zirə” “Şerif”lə ilk oyunu iyulun 11-də Moldovada keçirəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.