Azərbaycan Premyer Liqasının ikinci sırada başa vuran “Zirə” yeni mövsümdə Avropa Liqasında iştirak edəcək.
“FutbolPress“in məlumatına görə, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv I təsnifat mərhələsindən mübarizəyə başlayacaq.
“Zirə” burada səpələnməmişlər səbətində yer alacaq. “Qartallar”ın potensial rəqibləri də artıq bəllidir.
“Zirə” püşkdə Moldovanın “Şerif”, Sloveniyanın “Maribor”, Qazaxıstanın “Tobol”, Polşanın “Visla”, Kiprin “Pafos” və Macarıstanın “Pakş” klubuna rəqib ola bilər.
“Zirə”nin UEFA xalı 4,025-dir. Sadıqovun komandası üçün indiki məqamda daha münasib rəqib “Pafos” və “Paksi”dir. Digər komandaların kifayət qədər avrokubok təcrübəsi var.
Avroliqada I təsnifat mərhələsinin oyunlarına iyulun 11-də start veriləcək. Bu raundun püşkatması iyunun 18-də olacaq.