“Zirə”nin legioneri millidə növbəti oyuna çıxdı

“Zirə”nin futbolçusu Ange Mutsinzi Ruanda yığmasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, müdafiəçinin komandası Nigeriya ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb – 0:0.

Ange start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

Ruanda yığması iki oyundan sonra iki xalla qrup üçüncüsüdür.