“Zirə”nin futbolçusu Rusiya klublarının hədəfində

Moskva “Spartak”ı “Zirə”nin qvineyalı vingeri Salifu Suma ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, moskvalılar futbolçunu klubdan ayrılan Şamar Nikolsonun əvəzləyicisi kimi nəzərdən keçirir.

21 yaşlı futbolçu ilə “Nijni Novqorod” və Kazan “Rubin”i də maraqlanır.

Qvineyalı futbolçu 2023-cü ildə “Havr”dan “Zirə”yə transfer olunub.