“Zirə”dən iki transfer

“Zirə” heyətinə iki yeni futbolçu əlavə edib.
Futbolpress.az xəbər verir ki, “qartallar” qapıçı Aydın Bayramov və yarımmüdafiəçi Elçin Əlicanovla 2 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Aydın Bayramov daha əvvəl “Sumqayıt” və “Turan Tovuz”, Elçin Əlicanov isə “Binə”, “Zaqatala” və “Kəpəz” klublarının şərəfini qoruyub.