“Zirə”dən ayrılan Vladislav Kulaçın yeni klubu məlum olub.
Futbolpress.az xəbər verir ki, ukraynalı hücumçu “Pünik”ə keçib. Bu barədə Ermənistan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Forvardla bir illik müqavilə imzalanıb.
Kulaç 2023-cü ilin yanvarından “Zirə”də top qovurdu. O, Premyer Liqada 34 oyunda 5 qol vurub.