“Zirə”dən ayrılan Vladislav Kulaç “UkrFootball” saytına müsahibə verib.
Futbolpress.az həmin müsahibəni təqdim edir:
– Bu yaxınlarda “Zirə”dən ayrıldınız. Hazırda planlarınız nədir?
– Hazırda heç nə planlaşdırmıram, hələ də variantları nəzərdən keçirirəm. Mövsümün bitməsindən bir həftə belə keçməyib, əvvəlcə bir az dincəlmək, sonra fikirləşmək istəyirəm.
– Geridə qalan mövsümdə özünüzün və komandanızın çıxışını necə qiymətləndirirsiniz?
– “Qarabağ”dan sonra mövsümü ikinci tamamlamaq uğurdur. Biz Azərbaycanın ikinci komandasıyıq. Şəxsi çıxışıma gəldikdə isə, daha yaxşısını istərdim. Miko zədələr planlaşdırdığım formada olmağıma mane oldu. Amma ümumilikdə götürdükdə həm mənim, həm də komanda üçün yaxşı mövsüm oldu.
– Azərbaycanla Ukrayna futbolu arasında hansı fərqlər var?
– Ciddi fərq olduğunu deyə bilmərəm. Azərbaycan futbolunda rəqabət ildən-ilə güclənir. Bu mövsüm, məsələn, son turda ikinci də ola bilərdik, beşinci də. Mübarizənin son ana qədər davam etməsi maraqlıdır.