“Zirə” yoluna Konfrans Liqasında davam edəcək

Avropa Liqası ilə vidalaşan “Zirə” mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, “qartallar” burada II təsnifat mərhələsində Slovakiyanın DAC komandası ilə üz-üzə gələcək.

“Zirə” ilk oyunu iyulun 25-də Bakıda, cavab görüşünü isə iyulun 30-da səfərdə keçirəcək. DAC mübarizəyə II təsnifat mərhələsindən başlayır.

“Zirə” Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Şerif” komandasına penaltilər seriyasında məğlub oldu (ilk oyun 1:0, cavab görüşü 1:2, penaltilər seriyası 4:5).