Moldovanın “Şerif” klubunun baş məşqçisi Yuri Qura klubun saytına açıqlamasında Avropa Liqasında “Zirə”yə rəqib olmaları haqda fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis püşk haqda bunları deyib:
“Avropada zəif komanda yoxdur. “Zirə” düşəbiləcək ən ciddi rəqiblərdən biridir. “Zirə” yaxşı təşkilatlanmış komandadır. Az qol vurur, az qol buraxır. Onlar haqda daha çox məlumat toplayacağıq”.
Mütəxəssis ilk oyunun Moldovada olmasının ciddi önəm daşımadığını deyib:
“Səfərdə vurulan qolların əhəmimyyəti yoxdur. Ona görə indi birinci oyunun evdə və ya səfərdə olması vacib deyil”.
“Şerif” ilə “Zirə” arasındakı oyunlar 11 – 18 iyulda olacaq.