“Zirə” yaxınlaşmaq, “Araz-Naxçıvan” uzaqlaşmaq arzusunda

“Zirə” Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış oyunda bu gün “Araz-Naxçıvan”la üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşə saat 19:00-da start veriləcək.

Komandalar 2 həftə öncə XI tur çərçivəsində qarşılaşmış və görüş qollu bərabərliklə başa çatmışdı.

“Araz-Naxçıvan” çempionatda 24 xalla 3-cü sıradadır və “Zirə”ni 4 xal qabaqlayır. Elmar Baxşıyevin yetirmələrini ikinci sıradakı “Turan Tovuz”dan isə bir xal ayırır. Komanda qələbə qazanacağı halda, bir pillə yüksələ bilər. Məğlubiyyət isə “Zirə”nin daha da yaxınlaşmasına səbəb olacaq.

Görüşdə aşkar favorit yoxdur. Hər iki komanda son turlarda yaxşı nəticələri ilə diqqət çəkir. Xüsusilə, “Araz-Naxçıvan” bu mövsüm “biləyi bükülməz”ə çevrilib. Naxçıvanı Bakıda təmsil edən komanda çempionatda cəmi bir oyunda (red-“Qarabağ”a qarş) məğlub olub. “Araz-Naxçıvan” həm az qol vurur, həm də az qol buraxır. Komanda ötən turda “Neftçi” səfərindən üç xalla dönməklə avrokubok iddiasını bir daha ortaya qoydu.

“Zirə” isə “Şamaxı”nı səfərdə məğlub edib. Rəşad Sadıqovun komandası çempionatın ən intizamlı komandalarındandır. “Qartallar” bu mövsüm ev oyunları statistikasına görə 4-cü sıradadır. Zirədə baş tutan 6 oyunun 3-də qələbə qazanan Sadıqovun kollektivi 2 oyunda da uzudub. “Araz-Naxçıvan” isə səfər oyunlarında “Qarabağ”la yanaşı, ən çox xal komanda toplayan komandadır. Baxşıyevin yetirmələri son beş səfər matçında dörd qələbə qazanıb.

Komandaların şəxsi duellərində də üstünlük “Araz-Naxçıvan”dadır. Sözügedən komanda son beş çempionat oyununda 2 qələbə qazanıb. “Zirə” isə bir dəfə üstün olub. İki matçda qalib müyyənləşməyib.

Kamil Əhməd