“Zirə” Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Omoniya”ya (Kipr) məğlub olub – 0:6.
Futbolpress.az xəbər verir ki, “qartallar” avrokuboklarda ən böyük hesablı məğlubiyyətini yaşayıb. Eyni zamanda bu, Azərbaycan və Kipr klubları arasındakı avrokubok matçlarındakı ən çox qol vurulan matçdır. Bundan əvvəl “Qəbələ” Konfrans Liqasında Kiprdə “Omoniya”ya 1:4 hesabıyla uduzmuşdu.
Kipr klublarına qarşı ən böyük hesablı qələbədə yenə “Omoniya”nın adı var. “Qarabağ” 2021-ci ildə Avropa Liqasının qrup mərhələsi oyununda Nikosiyada rəqibini 4:1 hesabıyla məğlub etməyi bacarıb.