“Zirə” üçün eksklüziv forma VİDEO

“Zirə” yeni mövsüm üçün formalarını təqdim edib.

Futbolpress.az xəbər verir ki, klubun 10 illiyinə həsr olunan dəstlər komandanın azarkeşləri tərəfindən maraqlı videoroliklə təqdim edilib.

Yeni forma eksklüziv dizaynla hazırlanıb. Türkiyənin “Aremspor” brendinin hazırladığı idman dəstində yübiley məzmunlu cizgilər əksini tapıb.