“Zirə” Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Şerif” komandası ilə üz-üzə gələcək.
“Qartallar”ın sabiq oyunçusu Adrian Skarlatake “FutbolPress“ə açıqlamasında püşkü dəyərləndirdi:
“Zirə”yə Avropa Liqasında uğurlar arzu edirəm. Düşünürəm ki, onlar “Şerif”dən daha yaxşıdırlar. Düzdür, rəqibin təcrübəsi var, çətin olacaq. Amma əminəm ki, “Zirə” mərhələni keçmək gücündədir. Azərbaycan çempionatı Moldova çempionatından qat-qat üstündür. “Şerif” də əvvəlki gücündə deyil. Təhlükəli komandadırlar, diqqətli olmaq lazımdır. Amma bir daha deyirəm, “Zirə”nin mərhələ adlayacağına inanıram”.
Rumıniyalı futbolçu komandanın Premyer Liqada 2023/2024 mövsümünü gümüş medalla bitirməsinə də münasibət bildirdi:
“Azərbaycan çempionatını izləyirəm. “Zirə”nin ikinciliyi ədalətli oldu. Çox yaxşı mövsüm keçirdilər. Onlar adına xoşbəxtəm. Rəşad Sadıqov bu nəticə ilə yaxşı məşqçi olduğunu sübut etdi. Klubda peşəkar insanlar çalışır”.
“Zirə” “Şerif” ilə ilk oyunu iyulun 11-də Moldovada keçirəcək. Cavab matçı bir həftə sonra Bakıda olacaq.
Şahin Cəfərov