“Zirə” onun transfer hüquqlarını aldı

“Zirə” ötən mövsümü komandada icarədə keçirən Fuad Bayramovun transfer hüquqlarını “Şamaxı”dan alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bayramovun “Zirə” ilə anlaşmasının detalları açıqlanmayıb.

Fuad ötən mövsüm “qartallar”la 31 oyunda 2 qol vurub.