“Zirə” onlarla müqaviləni uzatdı

“Zirə” 3 futbolçusu ilə müqavilə müddətini uzadıb.

Futbolpress.az xəbər verir ki, Qismət Alıyevlə 2, Anar Nəzirovla isə 1 illik yeni müqavilə bağlanılıb.

Bundan başqa ötən mövsümü icarə əsasında “Zirə”də keçirən Fuad Bayramovu isə komandaya “Şamaxı”dan transfer edib.

Müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.