“Zirə” – “Omoniya”: biletlər satışa çıxarılacaq

UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Zirə” – “Omoniya” (Kipr) oyununun biletləri bu gün – 27 avqust saat 13:00-dan satışa çıxarılacaq.
Futbolpress.az xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir.
Satış məntəqələri:
“Zirə İdman Kompleksi”
“Dalğa Arena”
Avqustun 29-da keçiriləcək “Zirə” – “Omoniya” oyunu saat 20:00-da start götürəcək. Komandalar arasındakı ilk matçda Kipr təmsilçisi qələbə qazanıb – 6:0.